“Nar Mobile” tələbə gənclər üçün təcrübə platformasının yaradılmasına dəstək verdi

“Nar Mobile” tələbə gənclər üçün təcrübə platformasının yaradılmasına dəstək verdi
İQTİSADİYYAT
11:18 03.06.2014
1920
Mobil operatorun dəstəyi ilə “Enactus” proqramı çərçivəsində IX Milli yarış keçirildi

30 may 2014-cü il tarixində Bakıda yerləşən “Monolit Plaza” otelində “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enterpreunial. Action. Us. – Enactus) beynəlxalq proqramı üzrə IX Milli yarış start götürdü. “Nar Mobile” mobil operatorunun dəstəyi ilə keçirilmiş ikigünlük yarışda iştirak edən 12 Azərbaycan “Enactus” komandası 30-dan çox layihə ilə çıxış etdi. Final mərhələsində qalib gələn Narxçıvan Dövlət Universitetinin “Enactus” komandası bu il Pekində keçiriləcək “Enactus – Dünya kuboku-2014” mötəbər yarışında Azərbaycanı təmsil etmək hüququ qazandı.

Biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış bir platforma olan “Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsas götürülərək müəyyən edilir. Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi “Enactus” proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir. Məhz bu səbəbdən, təhsilə, elmə, tələbələrin potensialının artırılması və gənc kadrların inkişafına xüsusi önəm verən “Nar Mobile” mobil operatoru “Enactus” proqramına hərtərəfli dəstək verir.

Qeyd edək ki, əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuş “Enactus” proqramı 2012-ci ilədək “Tələbələr azad sahibkarlıq fəaliyyətində” (Students in free enterprises – SIFE) adını daşımışdır. Proqrama 2005-ci ildə qoşulan Azərbaycan bir il sonra Dünya kuboku yarışlarında iştirak etmək hüququ əldə etmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir