“Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

“Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi
İQTİSADİYYAT
17:00 13.11.2017
1370


 

Mobil zəng xidmətləri testlərinə əsasən, "Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

AZXEBER.COM xəbər verir ki, yarandığı ilk gündən abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərlə seçilən "Nar” özünün mobil rabitə şəbəkəsini təkmilləşdirməyə davam edir. 2017-ci ilin 2-ci rübündə mobil rabitə şəbəkələrinin müqayisəli testləri keçirilib və "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Mobil rabitə şəbəkələrinin sınaqları mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan "P3 Communications” tərəfindən keçirilib.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən şəhər, kənd, qəsəbə və magistral yollarda aparılıb. Tamamilə səyyar test şəklində təşkil edilmiş bu sınaqların 55%-i Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Quba kimi şəhərlərdə, digər hissəsi isə Xırdalan, Lənkəran, Qəbələ, Xaçmaz kimi daha kiçik şəhərlər, eləcə də şəhərlərarası yollarda təşkil edilib. "P3 Communications” şirkətinin apardığı sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanır.

Qeyd edək ki, "Nar” 2017-ci il ərzində mobil rabitə şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirib. Bir müddət öncə mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Məhz bu kimi addımlar sayəsində, aparılmış test nəticələrinə görə "Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yaxşı mobil rabitə operatoru olduğu qəbul edilib.

Belə ki, şəbəkənin əhatə dairəsinin genişlənməsi, mobil zəng və internet xidmətlərinin keyfiyyətnin artırılması məqsədilə bütün ölkə ərazisi boyunca baza stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılıb. 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM texnologiyalı transmissiya xətləri üzərindən işləyən 3G baza stansiyalarının sayı üç dəfə azaldılıb və müasir tələblərə cavab verən IP texnologiyasına əsaslanmış transmissiya xətləri ilə əvəz edilib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca "Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) 2016-cı ilin son günü ilə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb.

"Nar”

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

"P3 Communications”

"P3 Communications” 3300 nəfərdən artıq əməkdaşla dünya üzrə fəaliyyət göstərən və 2016-cı ildə təqribən 340 milyon avro dövriyyəsi olan aparıcı beynəlxalq konsaltinq, mühəndislik və test xidmətləri şirkətidir. Sırf telekommunikasiya sahəsi ilə əlaqədar olaraq "P3 Communications” geniş mənada müstəqil texniki və menecment-konsaltinq xidmətləri göstərir. Şəbəkənin planlaşdırılması, mühəndislik, hərtərəfli optimallaşdırma, təhlükəsizlik, xidmət keyfiyyəti (QoS) və xidmətlərin faktiki keyfiyyətinin (QoE) sınaqları, beynəlxalq bençmarkinq və cihazların sınaqdan keçirilməsi məhz belə xidmətlərdəndir. "P3 Communications” şirkətinin müştəriləri arasında dünya miqyaslı şəbəkə operatorları, avadanlıq təchizatçıları, cihaz istehsalçıları, ictimai təhlükəsizlik qurunları və tənzimləyici orqanlar vardır. Uzunmüddətli menecment təcrübəsinə malik şirkət ekspertləri ən son texniki "know-how” nailiyyətlərini tətbiq edirlər. Daha ətraflı məlumatı nar.az və p3-group.com internet səhifələrindən öyrənmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə qadın 37 yaşlı sevgilisini bıçaqlayıb
20:56 25.07.2025
Gəncədə qadın 37 yaşlı sevgilisini bıçaqlayıb
Tramp Putin və Zelenski arasında görüşün mümkün olduğunu bildirib
20:42 25.07.2025
Tramp Putin və Zelenski arasında görüşün mümkün olduğunu bildirib
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə veriblər
20:27 25.07.2025
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə veriblər
"Makron yaxşı oğlandır, sözlərinin mənası yoxdur" - Tramp
20:18 25.07.2025
"Makron yaxşı oğlandır, sözlərinin mənası yoxdur" - Tramp
Rəssam Tofiq Qaziyev vəfat edib
20:09 25.07.2025
Rəssam Tofiq Qaziyev vəfat edib
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
20:05 25.07.2025
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
19:49 25.07.2025
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
"Karvan" növbəti transferini həyata keçirib
19:34 25.07.2025
"Karvan" növbəti transferini həyata keçirib
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
19:16 25.07.2025
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
18:58 25.07.2025
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
18:40 25.07.2025
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
18:28 25.07.2025
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
18:15 25.07.2025
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
18:09 25.07.2025
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
17:47 25.07.2025
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
17:29 25.07.2025
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi