"Nar” və DJ Tural Yusifovun müəllifi olduğu "Avtostop” radio layihəsi müştərək aksiyaya start verdi.
Belə ki, həftə içi saat 17:00-dan 20:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri "Nar” tərəfindən xüsusi mükafatlarla təbrik edilirlər. Yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan yüksəksürətli 4G-modem və 3 aylıq pulsuz "Turbo 2XL” internet paketi hədiyyə qazanmaq fürsəti əldə edirlər. Nicat Həmidli, Təbriz Nəzirli, İlqar Lətif-zadə, Cümşüd Məmmədov, Bayram Bayramlı və Məhərrəm Cabbarov indiyədək keçirilmiş müsabiqələrin suallarını uğurla cavablandırmış ilk qaliblərdir.
Qeyd edək ki, "Nar” ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.