“Irshad Electronics”dən faizsiz ödəmə ilə smartfon al, “Nar”dan bonuslar qazan!
“Nar” və “Irshad Electronics” mağazalar şəbəkəsi növbəti birgə kampaniyaya start verdilər. Belə ki, 3 gün davam edəcək kampaniya çərçivəsində hər bir kəs “Irshad Electronics” dükanlarından 12 aylıq faizsiz ödəmə ilə istənilən smartfonu ala bilər. Əlavə olaraq, smartfon almış hər bir şəxs bonus şəklində “Nar”dan nömrə, 300 AZN dəyərində şəbəkədaxili danışıq balansı və 1500 mb internet trafiki hədiyyə alacaq.
Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün “Nar” operatorunun rəsmi tərəfdaşı olan “İrshad Electronics” mağazalarına müraciət etmək kifayətdir. 19-21 mart 2016-cı il tarixləri aralığında aktiv olacaq kampaniya bütün smartfonları əhatə edir.
Əlavə məlumatı www.nar.az internet səhifəsi və “Irshad Electronics” çağrı mərkəzi (*0171) vasitəsilə öyrənə bilərsiniz.