Narazı tələbələrə 2 gün möhlət verildi

Narazı tələbələrə 2 gün möhlət verildi
15:53 08.07.2025
280

Sosial şəbəkədə xaricdə təhsil alan tələbələrin köçürülməsi məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlərlə bağlı  müraciət vaxtının elan olunandan tez bitməsi ilə bağlı iddialar yayılıb.

 AZXEBER.COM xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi çoxsaylı müraciətləri nəzərə alıb müraciət tarixini artırıb.

"Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşların 
çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 09.07.2025-ci il tarixi, saat 12:00-a qədər uzadılıb”, - agentliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, ötən ay xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr "Qafqazinfo”ya müraciət edərək imtahan nəticələrinin təqdim edilməsi ilə bağlı 30 iyun tarixinə qədər vaxt qoyulmasının onları çətin vəziyyətdə qoyduğunu, həmin vaxtın uzadılmasını istəyirdilər. Tələbələrin müraciətləri nərəzə alınaraq həmin tarix iyulun 7-dək uzadılmışdı.

OXŞAR XƏBƏRLƏR