Nardaran əhalisinə işıq nə vaxt veriləcək? – Rəsmi açıqlama

Nardaran əhalisinə işıq nə vaxt veriləcək? – Rəsmi açıqlama
Bütün Xəbərlər
16:32 09.12.2015
920
Bakının Nardaran qəsəbəsində evlərə SMS tipli sayğaclar quraşdırıldıqdan sonra elektrik enerjisi bərpa olunacaq.
Bu barədə AzNews.az-a açıqlamasında "Azər İşıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, Nardaran qəsəbəsinin sakinləri orada yaradılan qərargaha müraciət etməlidirlər: “Qərargaha müraciət edən sakinlərin elektrik enerjisi bərpa olunur. Sakinlər müraciət etdikdən sonra evlərə SMS tipli sayğaclar quraşdırılıb onlarla müqavilə imzalanır. Müqavilə bağlanan evlərə də elektrik enerjisi verilir”.
Qeyd edək ki, Nardaran sakinlərinin işığa görə 42 milyon 267 min manat borclarının olduğu açıqlanıb.
OXŞAR XƏBƏRLƏR