Nardaranda əməliyyat keçirilib - Saxlanılanlar var

Nardaranda əməliyyat keçirilib - Saxlanılanlar var
SOSİAL
14:14 13.02.2017
952

Nardaranda quyuda odlu silah saxlayan şəxs saxlanılıb.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb və o, tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR