Narin cinayəti ilə bağlı sarsıdıcı məqam: dişləri çəkilmiş ola bilər

DÜNYA
11:15 18.09.2024
199
Narin Güranın Diyarbəkirdə öldürülməsi ilə bağlı istintaq davam edərkən, yarılmada aşkarlanan detal Türkiyənin narahatlığını artırıb.
 
AZXEBER.COM axrici mətbuata istinadən xəbər verir ki, Narinin dişləri töküldüyü üçün nümunə götürülə bilmədiyi üzə çıxsa da, canlı yayımda iştirak edən məhkəmə-tibb eksperti cansız bədənin dişlərinin günlərlə çöldə qalsa belə düşməyəcəyini açıqlayıb.
 
Ekspert bunun yalnız kənardan müdaxilə ilə mümkün olduğunu deyib. Yəni dişlər ya tək-tək çəkilməlidir, ya da qırılmalıdır deyə bildirib.
 
İnsan bədəninin ən güclü hissələrinin dişlər və skelet olduğunu ifadə edən Dokgöz, cansız bədən günlərlə çöldə qalsa da dişlərin düşməyəcəyini vurğulayıb.
 
Dokgöz, "Bu səbəbdən dişlərin öz-özünə düşmə ehtimalı yoxdur. Yəni çürüyən diş də müdaxiləsiz düşə bilməz. Uzun müddət su altında qaldıqları üçün də düşə bilməzlər. Bu yalnız kənardan müdaxilə ilə dişlərin tək-tək çəkilməsi və ya qırılması mümükündür" deyə bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR