Narin öldürülən gün bütün "whatsapp" mesajları silinibmiş

Narin öldürülən gün bütün "whatsapp" mesajları silinibmiş
DÜNYA
12:23 13.09.2024
179
Türkiyənin Diyarbəkir şəhərində yoxa çıxan, daha sonra isə cəsədi tapılan 8 yaşlı Narin Güran hadisəsi ictimaiyyətdə ciddi reaksiyaya səbəb olub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, kiçik qızın saxlanılan yaxınlarının silinmiş "WhatsApp" mesajlarına daxil olmaqları tələb olunub.
 
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Narininki də daxil olmaqla, bütün qohumlarının telefonundan qətl baş verən gün "Whatsapp" mesajıarı silinib. 
 
Əvvəlcə Metanın sözügedən mesajları Türkiyə hökumətinə çatdıracağı, dərhal sonra isə Metanın mesajları çatdırmaqdan imtina etdiyi iddia edilib.

Bu iddialardan sonra sosial mediada Meta şirkətinin rəhbəri Mark Zukerberqə qarşı çağırış kampaniyası başladılıb. İstifadəçilər "Hörmətli Mark Zukerberq” yazıb və Metanı bu mesajları hökumətə verməyə çağırıblar.
 
Oksana
OXŞAR XƏBƏRLƏR