Tatarıstanda xaltasında narkotik maddə olan həşiş daşıyan pişik tutulub.
Tatarıstanın Mendeleyev rayonunda yerləşən 10 saylı islah müəssisəsinin əməkdaşları narko-kuryer pişik tutulublar. Şübhəli görünən pişik əməkdaşların diqqətini çəkib. Pişiyin xaltasında həşişə oxşar maddə tapılıb. Pişiyi üstündəki maddə ilə birlikdə ekspertizaya göndəriblər. Pişiyin tutulma anı nəzarət kameralarına düşüb.
oxu.az