Narkoloji Dispanserdə 10 AZN-ə arayış satılır - ŞOK VİDEO

Narkoloji Dispanserdə 10 AZN-ə arayış satılır - ŞOK VİDEO
SOSİAL
12:17 26.05.2023
167
Bakı şəhər Narkoloji Dispanserdə rüşvətlə tibbi arayış verildiyi iddia edilib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə BAKU.TV-nin qaynar xəttinə məlumat daxil olub. 

Televiziyanın çəkiliş heyəti sözügedən dispanserə gedərək iddiaların nə dərəcədə doğru olduğunu araşdırıblar. 

Çəkilişlərdən bəlli olub ki, Bakı şəhər narkoloji dispanserdə testdən keçmədən də 10 AZN ödəyərək 5 dəqiqəyə tibbi arayış almaq mümkündür. 
 

OXŞAR XƏBƏRLƏR