Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı

Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı
SOSİAL
15:40 14.01.2020
3641
Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.

14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
OXŞAR XƏBƏRLƏR