"Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTOLAR

"Narkomaniyaya yox deyək!” mövzusunda  maarifləndirici tədbir keçirilib - FOTOLAR
SOSİAL
16:30 18.05.2022
226
18.05.2022-ci il tarixində Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadənin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!” mövzusunda  maarifləndirici tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Sektor Müdiri Raqif Allahverdiyev
Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə
Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov
Zəngilan rayon 33№li  və 29№li tam orta məktəblərin şagirdləri, müəllimləri , 29№li tam orta məktəbin psixoloqu Səbinə Qarayeva , həmin məktəbin Uşaq İctimai Birliyinin sədri Gülarə Həmzəyeva və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.

Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, çıxış edərək müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmalı olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Sektor Müdiri Raqif Allahverdiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyəti olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlətin əsas istiqamətlərindən biri olmasından söz açan natiq bu gün Azərbaycan gəncləri üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. "Güclü dövlətin parlaq gələcəyi sağlam gənclikdən asılıdır. Bir dövləti məhv etmək üçün onun sağlam gəncliyini məhv etmək lazımdır”, - deyən R.Allahverdiyev gəncləri müstəqil Azərbaycanın bu günü, sabahı naminə narkotik vasitələrdən uzaq durmağa, xarici təsir altına düşməməyə çağırıb. 

Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə  çıxış edərək gənclərin sağlam gələcəyi naminə təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və tədbiri təşkil edənlərə gənclər adından minnətdarlığını bildirib. Bir gənc olaraq həmyaşıdlarını dövlətin, xalqın təhlükə mənbəyinə çevrilən, cəmiyyətin dəhşətli bəlası olan narkomaniya ilə mübarizədə aktiv olmağa səsləyib. Narkomaniya ilə mübarizə tədbirlərini gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumuş olduğumuzu söyləyib. Gənclərin dövlətçilik ruhunda yetişməsi, sosiallaşması, cəmiyyətə yararlı fərd olaraq formalaşması, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin genişləndirilməsi üçün  şərait yaradılan  və gəncləri bu imkanlardan istifadə etməyə, yararlanmağa çağırıb.

Daha sonra digər natiklər də Narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha söyləyib. Bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səsləyib.

Sonra isə  narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən "Narkomaniyaya yox de”  videoçarx nümayiş olunub.

Sonda isə tədbir diskusiya formatda yekunlaşdı.

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib