Narkotacirlər məşhur argentinalı futbolçunu hədələdilər

İDMAN
14:52 26.03.2024
193
Argentina millisinin və "Benfika"nın ulduz futbolçusu Anxel Di Maria və ailəsi doğma şəhəri Rosarioda narkotik tacirləri tərəfindən ölümlə hədələnib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, narkotik qruplaşmalarının futbolçunun Rosariodakı evinin yaxınlığında qoyduqları məktubda belə yazılıb:
 
"Oğlunuz Anxelə deyin ki, Rosarioya qayıtmasın, əks halda sizlərdən birini öldürməklə onu məhv edəcəyik. Hətta Pullaro (qubernator) da sizi xilas edə bilməz". 

Dekabrdan bəri bölgənin qubernatoru olan Maksimiliano Pullaro bir müddət əvvəl yerli narkotik tacirlərinə qarşı müharibə elan edib.

Narkotik kartellərinin Qubernatora qarşı qisas və güc nümayişi üçün Di Marianı və ailəsini hədəfə aldığı bildirilir.

Xatırladaq ki, ötən il Rosariodan olan daha bir ulduz futbolçu Lionel Messinin qayınatasına məxsus biznes məhv edilmişdi.

Onu da qeyd edək ki, Rosario Argentinanın ən təhlükəli şəhəri hesab olunur və hər il 100 min nəfər qətlə yetirilir.
 
Təkcə martın əvvəlində şəhərdə 5 gündə 4 qətl hadisəsi baş verib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR