Narkotik aludəçisi olan qadın: Övladını da qurban vermək istəyirsən - VİDEO

Narkotik aludəçisi olan qadın: Övladını da qurban vermək istəyirsən - VİDEO
SOSİAL
14:33 02.07.2019
7300
Kimi lap uşaq yaşlarından, kimisi də yetkinlik yaşından bu bəlanın qurbanına çevrilir. Söhbət narkomaniyadan gedir.

AZXEBER.COM xəbər verir ki, Baku.Tv-nin əməkdaşları Respublika Narkoloji Mərkəzində olub.

Hazırda  Narkoloji Mərkəzdə müalicə alan 22 yaşlı Səmədova Fatimə də ömrünün altı ildən çoxunu narkomaniyaya qurban verib. O, hələ orta məktəb vaxtından, daha dəqiq desək, 15 yaşından bu bəlaya düçar olub.

Sinif yoldaşının "bir tüstü də sən al, bir dəfə ilə heç nə olmaz” sözlərinə aldanan Fatimənin həyatı o vaxtdan məhv olub. O deyir ki, narkotikə qurşandıqdan sonra hər kəs ondan üz çevirib.

Narkotik qəbul etdikdən sonra keçirdiyi ağrılardan danışan Fatimə hər kəsi bu bəladan uzaq olmağa çağırır.

Narkotiklə həbs olunan Fatimənin son sözü isə belə oldu:

"Bu yolun sonu ya ölümdür, ya həbsxana. Heç kəsə narkotik qəbul edib ölməyi arzulamıram”.

Üzünün görünməsini istəməyən digər həmsöhbətimizin dediyinə görə, çox xoşbəxt ailə həyatı varmış. Hər şey həyat yoldaşının vəfatından sonra başlayıb.

O, ilk dəfə narkotiki sonradan tanış olduğu insanla qeyri-rəsmi münasibət yaşadıqdan sonra qəbul edib. Bir neçə dəqiqəlik həzz onu azyaşlı övladından ayıraraq Narkoloji Mərkəzə gətirib.

Dediyinə görə, narkotik vasitədən az müddət istifadə edib. Qısa vaxtda aludəçiyə çevrilən müsahibimiz bildirir ki, narkotikdən asılılıq elə bir şeydir ki, bədən tələb edəndə övladını belə qurban verməyə hazır olursan.

Digər qəhrəmanımız İlqarın da hekayəsi digərləri kimi başlayıb. "Bir dəfə ilə heç nə olmaz” deyib başlayan İlqar narkotik aludəçisi olmamışdan əvvəl musiqi ilə məşğul imiş. Bir neçə dəfə narkotik qəbulu onu da aludəçiyə çevirib. O, əldə etdiyi hər şeyi narkotikə qurban verib.

Sonda müsahiblərimizin hər biri hər kəsi bu bəladan uzaq durmağa və iradəli olmağa səsləyiblər. Burada olanların bir arzusu var: tez bir zamanda müalicə olunub buranı tərk etmək, cəmiyyətə qayıtmaq.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək