Məşhur hollandiyalı futbolçu Quinsi Promes narkotik alverinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, karyerasını Rusiyanın "Spartak" klubunda davam etdirən hollandiyalı futbolçu daha əvvəl əmisi oğlunu bıçaqladığı üçün 1,5 il həbs cəzası alıb.
Bu dəfə isə 32 yaşlı məşhur futbolçu narkotik alverinə görə azadlıqdan məhrum edilib.
75 milyon avro dəyərində olduğu təxmin edilən təxminən 1,5 ton kokainin daşınmasını təşkil etdiyi deyilən Promes məhkəməyə qatılmayıb.
Hazırda komandası ilə Birləşmiş Ərəb Əmirliklərində düşərgədə olan Promes BƏƏ ilə Hollandiya arasında "ekstradisiya müqaviləsi” olduğu üçün Hollandiya prokurorluğunun tələbi ilə ölkəsinə təhvil veriləcək.
Oksana