Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxsə hökm oxundu

KRİMİNAL
19:58 22.12.2022
695
Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Vəli Rüstəmova hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən Vəli Rüstəmov saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, metamfetamin, tiryək və narkotiklərin satışında istifadə etdikləri elektron tərəzi aşkar olunub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR