Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
SOSİAL
14:00 08.03.2022
244
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi "BMW" markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılıb.

Daxili İşlər nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilib və onlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR