Meksikada 79 nəfəri qətlə yetirməkdə şübhəli bilinən kişi həbs olunub.
AZXEBER.COM “Reuters”ə istinadən xəbər verir ki, o, əvvəlcə ölkənin şimalındakı şəhərlərdən birində narkotik ticarəti ilə məşğul olduğu üçün yaxalanıb. Nəticədə isə kişinin Meksika kartellərindən biri tərəfindən sifariş olunmuş silsilə qətllərdə iştirakı ortaya çıxıb. Müttəhim artıq 45 qətli etiraf edib. Hazırda polis onun daha 34 qətldə iştirakı ilə bağlı dəlil toplayır.