Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu
SOSİAL
15:47 20.07.2024
145
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR