Narkotiklərin qanunsuz dövriyyəsi ilə necə mübarizə aparılmalıdır? - TƏHLİL

Narkotiklərin qanunsuz dövriyyəsi ilə necə mübarizə aparılmalıdır? - TƏHLİL
SOSİAL
14:33 28.12.2023
155

 

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətiribçıxarır.

Narkotik istifadəçiləri arasında yeniyetmələrin, gənclərin və qadınların olması faktı bu istiqamətdə fəaliyyətin sistemli və əlaqəli şəkildə təşkilinin təkmilləşdirilməsinin zəruri olduğunu göstərən ən əsas amillərdən biridir. Azərbaycanın gələcəyi olan gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması ilk növbədə təbliğatı aparılmalı məsələlərdəndir.

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Ulu öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmanından sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Bekəki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinəqarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1996-cı il tarixli 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz DövriyyəsinəQarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar – Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin vəprekursorların qanunsuz dövriyyəsi vənarkomanlığın yayılmasıilə mübarizə üzrə Proqram”, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamıilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər üçün)”, 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamıilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyədair 2013–2018-ci illər üçün Dövlət Proqramı” Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. Həmin dövlət proqramları bu sahədə uğurlu nəticələrinəldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün "Dövlət Proqramı” icra olunmaqdadır.

Narkomanlıqla mübarizə şərti olaraq iki istiqamətdə aparılır-tələbatın və təklifin azaldılması istiqamətlərində. Təklifin azaldılması əsasən hüquqi mübarizə üsulları ilə hüquq mühafizə orqanları, prokurorluq tərəfindən həyata keçirilir. Tələbatın azaldılmasına is yalnız profilaktiki tədbirlərlə nail olmaq mümkündür. Bu narkomanlıqdan əziyyət çəkən xəstələrin aşkarlanması, qeydiyya alınması, müalicəsi, sosial reabilitasiyası və s. istiqamətlər daxildir.

Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış vəinstitusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati- hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır.

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq-mühafizə orqanlarının daim diqqət mərkəzindədir.

21-ci əsrdə cəmiyyətin bəlasına çevrilmiş narkomaniyaya qarşı mübarizə nəinki dövlətin, həmçinin bu dövlətdə yaşayan hər bir vətəndaşın, təhsil, mədəniyyət, səhiyyə təşkilatlarının başlıcavəzifəsidir. Bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir.

 

Bakı şəhəri, Nizami rayon prokurorluğunun köməkçisi,

III dərəcəli hüquqşünas

Şəlalə Rüstəmova

OXŞAR XƏBƏRLƏR