ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (iNASA) qalaktikalararası kosmosda çox sürətlə hərəkət edən "görünməz canavar" kimi xarakterizə etdiyi yeni qara dəliyin kəşf edildiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, NASA-dan verilən açıqlamada Hubble Kosmik Teleskopu tərəfindən təsadüfən təsbit edilən qara dəliyin böyük sürətlə qalaktikalar arasında dolaşdığı bildirilib.
"Görünməz canavar” olaraq xarakterizə edilən qara dəliyin Yerlə Ay arasında 14 dəqiqəyə səyahət edəcək qədər sürətlə hərəkət etdiyi və 20 milyon günəşi çəkəcək qədər superkütlə olduğu qeyd edilib.
Qara dəliyin arxasında Samanyolu qalaktikasının diametrindən iki dəfə böyük və görünməmiş 200.000 işıq ili uzunluğunda yeni doğulmuş ulduzların izini buraxdığı bildirilib.
NASA-nın açıqlamasında qeyd olunub ki, astronomlar bu qalaktikalararası qara dəliyin qalaktikalardakı üç nəhəng qara dəliyin xaotik və qeyri-sabit konfiqurasiyası nəticəsində, bəlkə də 50 milyon il bundan əvvəl bir-biri ilə toqquşması nəticəsində yaranmış ola bilər.
Ayşən