NASA "Starfish Space” şirkəti ilə birlikdə 2026-cı ildən başlayaraq kosmosda tullantıları təmizləməyə başlayacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət bunun üçün 15 milyon dollarlıq razılaşma imzalayıb.
Razılaşmaya görə, illərdir kosmosa yollanan sıradan çıxmış peyklərin və ya qalıqlarının yerini müəyən edəcək "Otter” adlı yeni peyk sistemi hazırlayacaq.
Bu sistem kosmosda istifadəyə yararsız hər bir peykin fırlanma sürəti, səthinin vəziyyəti də daxil olmaqla bütün məlumatları toplayara yerləşdiyi yeri müəyyən edəcək. Beləliklə Kosmosda illərdir yığışıb qalan tullantı halına düşmüş qalıqları təmizləmək mümkün olacaq.
Cəmalə