Natavan: "Aygün Kazımova ilə barışmamışam, o gözəl düşməndir"

Natavan: "Aygün Kazımova ilə barışmamışam, o gözəl düşməndir"
MAQAZİN
21:40 29.12.2017
3649
Xalq artisti Aygün Kazımova ilə müğənni Natavan arasında uzun illərdir ki, davam edən qalmaqal bitmək bilmir.
 
AZXEBER.COM xəbər verir ki, Xəzər TV-də yayımlanan "5/5” verilişində qonaq olan Natavan Həbibi xalq artisti ilə barışmadığını bildirib.
 
"Bu sualı mən sizə deməmişəm ki, verəsiz. Sonra elə bilirlər ki, Aygün xanımla özümə reklam qazandırıram. Aygün mənim üçün çox gözəl düşməndir. O mənə ləzzət edir. Cılız deyil, hərəkətlərində mərdlik var. Amma barışığa gəldikdə isə bu mən onunla barışmamışam"
 
Xatırladaq ki, müğənni Natavan "Atv Maqazin 10larla” verilişində illər öncə xalq artisti Aygün Kazımovaya qarşı dostluq əlini uzatmışdı. Natavanın barışıq jestini Aygün Kazımova da böyüklük edib qəbul etmişdi.
 
Qeyd edək ki, xalq artisti son açıqlamasında Natavan haqqında bunları deyib. "Dalaşqan bir qız var. Dalaşdı, məhkəmələri gəzdi. Yer kürəsi, Yupiter, Mars məhkəməsinə getdi və axırda yoruldu. Bir müğənni kimi çox yaxşıdır. Çətin mahnılar səsləndirir. Orada gözəl səsindən istifadə edir. Get-gedə irəliləməyə layiqdir. Natavanı neçə ildir görmürəm, heç üz-üzə gəlməmişik. İnşallah, üz-üzə gələrik və yaxşı olar. Təbrik edə bilmədim, keçmiş olsun”
 
Nazim Qasımzadə
AZXEBER.COM


OXŞAR XƏBƏRLƏR