Natavan Aygün Kazımovanın 'sən ermənisən' iddiasına sərt cavab verdi - VİDEO

MAQAZİN
13:00 15.12.2013
6536
Gənc müğənni Natavan Həbibi ANS TV-də yayımlanan "İncə maraqlar" verilişinin qonağı olub.
AZXEBER.COM xəbər verir ki, Natavan xalq artisti Aygün Kazımovaya verilişdə sərt cavab verib. O deyib: "Mən artıq uzanan bu mübahisənin sonlanmasının tərəfdarıyam. Çünki artıq danışmağa mövzu yoxdu.

Hər şey qanunla həll olunacaq.

Haqqımda yazılan xəbərlərə münasibətimi bildirərək ,nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu həyatda elə yaşamıramki kiməsə güvənim yada kiməsə sığınım. Mənim güvəndiyim göydə Allahım, yerdə milliyətim və dövlətimin qanunlarıdır. Əgər kimsə kiminsə kölgəsində yaşayıb ona ünvanlanan şərəf və ləyaqətinin alçaldan sözləri unuda bilirsə, o mən deyiləm.

Bir daha deyirəm heç kim mənə hədə, qorxu gələ bilməz və adının çəkilməsini istəməyən hər kəsə deyirəm ki elə bundan sonra mənim də adımı çəkməyin. İki nəfərə aid olan söhbətə adı çəkilməyən üçüncü şəxs müdaxilə etməsin”.

Natavan daha sonra isə milləti haqqında danışıb və ona "erməni" deyən Aygün Kazımovaya cavab verib: "Mən Aygün Kazımovadan daha çox azərbaycanlıyam"

AZXEBER.COM həmin görüntüləri təqdim edir:

OXŞAR XƏBƏRLƏR