Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı, reper Dado (Səid Quliyev) yenidən barışması haqda iddialara cavab verib.
AZXEBER.COM xəbər verir ki, Natavan "Afaqla 10lar"da barışmadığını bildirib. O qeyd edib ki, oğluna görə bir araya gəliblər:
"Oğlumun ad gününü qeyd edirdik, 6 yaşı tamam olur. Bütün qohumlar bir araya gəlmişik. Zeydin ən çox arzuladığı qonaq atası idi, ona görə də, mütləq bir yerdəyik".
Dado isə "Yalnız oğlumuza görə" sözlərini əlavə edib.