Natavan Həbibi Almaniyanı ayağa qaldırdı - FOTOLAR

MAQAZİN
18:41 21.03.2015
5267
Müğənni Natavan Həbibi dünən Almaniyanın Köln şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib. Sənətçimiz vətəndən kənarda yaşayan həmyerlilərimizə çox gözəl bayram əhval-ruhiyyəsi bəxş edib.Konsert proqramından başı uca ayrılan müğənnimiz Natavan Həbibi xoş təəssüratlarını AZXEBER.COM-a danışıb: "Nəinki həmvətənlərimizin hətta yerli tamaşaçılar qarşısında layiqincə Azərbaycanı təmsil etdik. Ən əsas məqsədim də ele bu idi". Müğənninin köməkçisinin sözlərinə görə isə, "Avropa kanallarının birində musiqili proqrama dəvət alan konsert iştirakçıları üzürlü səbəblərdən iştirak edə bilməyiblər. Natavan Həbibi Almaniyaya uçuş reysinin dəyişkənliyi səbəbindən bir neçə reyslə uçmalı oldu. Almaniyaya çatanda isə verliş artıq yayımlanırdı. Canlı efir olduğundan iştirakı alınmadı. Amma ən əsas olan konsertin bütün iştirakçıların ürəyincə sonlanması, həmvətənlərimizi sevindirmək idi. Şükür ki, uğurla nəticələndi".
OXŞAR XƏBƏRLƏR