Natavan Həbibi: Laçının işğal günü mayın 17-si deyil

MAQAZİN
15:10 18.04.2014
2110
"Biz bu gün Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi ilə görüşdük və onlar da bir daha qeyd etdilər ki. Laçının işğalı 17 yox, 18 may günüdür".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibinin prodeseri Roland Bayramov deyib .
O bildirib ki, Heydər Əliyev adına Respublika Sarayının rəhbərləri ilə görüşdə də qeyd olunub ki, Laçının işğal günü ayı 18-dir: "Bu xəbəri yazanlar gedib tarixi araşdırsınlar. O zaman görəcəklər ki, işğal günü ayın 18-dir. Buna hətta bu gün Natavanı tənqid edən saytların arxivində də rast gələ bilərik. Natavan özü də bu məsələni araşdırdı və dedi ki, Laçının işğalı ayın 17-si deyil.
Qeyd edək ki, bu gün mediada yayılan xəbərə konsertinə hazırlıqlar görən ifaçı Natavan Həbibi 1992-ci il may ayının 17-i Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğunu unudub. Natəvanın yadına salmaq lazımdır ki, konsert verməyi planladığı gün qanlı hərflərlə tariximizə həkk olunub. İşğal 17 maydan başlanıb və 18 may tarixində tam bitib.
OXŞAR XƏBƏRLƏR