Natavanın İlhamə Quliyeva haqda tənqidi fikirləri - VİDEO

Natavanın İlhamə Quliyeva haqda tənqidi fikirləri -  VİDEO
MAQAZİN
15:20 03.03.2016
3029
ATV-də yayımlanan "Bizimləsən" verilişi mərhum sənətkar İlhamə Quliyevaya həsr olunub.
AZXEBER.COM-un məlumatına görə, verilişdə xalq artistinin sənət dostları iştirak edib, onlar İlhamə Quliyeva ilə münasibətlərindən danışıblar. Verilişdə qonaq qismində çıxış edən müğənni Natavan Həbibi də İlhamə Quliyeva haqda danışıb: "Mən İlhamə xanımla ana-bala kimiydim, onu çox sevirdim. Hələ də dərk edə bilmirəm onun ölümünü"
Natavan Həbibi həmçinin sonda bəzi sənət yoldaşlarına da müraciət edib: "Adam ikiüzlü olmaz, bir sifətiniz olsun. İlhamə Quliyeva ölüb deyə indi hamısı mələk olub. Mən bunu qəbul etmirəm".Natavan Həbibinin bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər müğənninin İlhamə Quliyeva haqda fikirlərini paylaşıb. "Atv Maqazin 10-larla" verilişində yayımlanan süjeti təqdim edirik.
Qeyd edək ki, bu sujetdə Natavanın Röya, Elnarə və İlhamə Quliyeva haqda fikirləri və onları sərt tənqidi yer alıb. Həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR