Natiq Cəfərli neftin qiymətinin bahalaşmasının səbəbini açıqladı

Natiq Cəfərli neftin qiymətinin bahalaşmasının səbəbini açıqladı
SOSİAL
15:28 05.02.2021
866
Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşır. Artıq "Brent” markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb.
 
Qeyd edək ki, neftin qiyməti 2020-ci il yanvarın 21-dən indiyə kimi ən yüksək həddə çatıb.
 
Neftin qiymətinin 60 dollara yaxınlaşması ilə bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, neft qiymətlərindəki artımın bir neçə səbəbi var:
 
"Neftin indiki qiyməti bir necə parametrlərə görə formalaşıb. Əsas səbəb vaksinasiya ilə bağlı yaranmış pozitiv gözləntilərdir. Yanvarın əvvəlindən dünyanın bir çox ölkələrində vaksinləşmə başladı. Düzü bu faktor özünü doğrultmayıb. Çünki vaksinləşmə ilə bağlı problemlər var. Dünyada qapanan ölkələrin sayı artıb. Hətta koronavirusun ilk dalğasından daha sərt karantin tədbirləri tətbiq olunur. Amma bu, hələ də pozitiv gözlənti olaraq qalır. Bahalaşmaya daha ciddi təsir edən birinci amil OPEC+ ölkələri və Rusiyanın anlaşması ilə bağlıdır. Razılaşmaya əsasən yanvarın 1-dən hasilatın artırılması ilə bağlı qərar verilməli idi. Amma keçən ilin mart ayında ilk razılaşmada OPEC+ölkələri sentyabra kimi 9.7 milyon barel neft hasilatını azaltmalı idi. Sonradan bu rəqəm 7.6 milyon barelə qədər düşməli idi. Yəni hasilatın artması prosesi baş verməli idi. Amma artım sürətinin azaldılması ilə bağlı qərar qəbul edildi.
 
Həmçinin birinci anlaşma bitdikdən sonra birdən-birə 2.5 milyon barel yox, hər ay 500 min barel neft hasilatı artırılması həyata keçirilməyə başlanıldı. Artıq yanvar ayında bu proses başlayıb. Artım sürətinin azaldılması neft qiymətlərinə də pozitiv təsir edən amildir. Eyni zamanda gözlənilməz halda Səudiyyə Ərəbistanı yanvarda könüllü olaraq öz payında olan hasilatı daha 1 milyon barel azaltması ilə bağlı qərar verdi. Bu da neft bazarına çox ciddi təsir elədi.
 
İqtisadçı deyib ki, İran və ABŞ münasibətləri də neftin qiymətinə təsir edəcək:

"Ümumiyyətlə, harda dünyada likvidlik bolluğu var. Bütün ölkələrdə virusla mübarizə üçün Mərkəzi Banklar və hökumətlər ciddi təşviq paketləri açıqlayır. Bu paketlərin dünya üzrə ümumi həcmi təqribən 15 trilyon dollara yaxınlaşır. Bu da istər-istəməz qiymətli kağızlar bazarına təsir göstərir. Bəzi investisiya fondları uzun prespektivliyi və bol likvidliyi nəzərə alaraq yatırımlar etməyə başlaması qiymətlərin yüksəlməsinə səbəb oldu. Hasilatın azaldılması yolu ilə qiymətlərin artırılması süni səbəbdir. Bu il neft bazarına təsir edəcək maraqlı faktların da olacağı gözlənilir. İran və Amerika anlaşmasının yenidən bərpa edilə bilər. Əgər sanksiyalar aradan qalxsa İran çox qısa zamanda bazara əlavə 2 milyon barel neft çıxaracaq. Bu neft bazarına neqativ təsir göstərəcək. Hazırda isə İranın qadağalara görə gündəlik neft satışı 300 milyon bareldir.
 
Onu da qeyd edim ki, Liviyada da hasilatın artırılması ilə bağlı artıq işlər yekunlaşmaq üzrədir. Təqribən mart ayından Liviyada hasilatın 1 milyon barelə çatdırılacağı hesablanır. Əgər deyilənlər baş versə, neft bazarında qiymətlərdə yenidən neqativlik müşahidə ediləcək”.
 
Natiq Cəfərli orta və uzun müddətli prespektivdə neft qiymətlərinin 45-55 dollar civarında olması ehtimalının kifayət qədər yüksək olduğunu vurğulayıb:
 
"Ümumulikdə trend yüksəlişə doğru gedir. Amma 60 dollar çox ciddi psixoloji baryerdir. Hesab edirəm ki, 60 dollardan sonra neft bazarında gəlirlərin fiksasiyası ola bilər. Yəni bir müddət sonra fyuçerslərin satışı ilə qiymətlərin aşağı düşməsi və gəlirlərin fiksasiyası baş verəcək”.
 
Sevinc Yasinqızı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb