Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə

Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə
İQTİSADİYYAT
15:16 19.05.2017
1535
Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev mayın 23-25-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, N.Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək. Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.

OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.

Energetika naziri N.Əliyev hesab edir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: "Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq, ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan Sazişin uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana Sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır".

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb