Natiq Kərimova hökm oxundu - 7 İL

Natiq Kərimova hökm oxundu - 7 İL
SOSİAL
18:04 11.05.2017
1122

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.Kərimova 9 il, İ.Əhədova isə 7 il cəza istəyib.

Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İ. Əhədova isə 5 il həbs cəzası verilib.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq bu il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

DTX-nin həyata keçirdiyi daha bir istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar İ.Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək
22:21 14.06.2025
Pezeşkian: İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək
AEBA İsfahan nüvə sahəsində dörd əsas binanın zədələndiyini bildirib
22:13 14.06.2025
AEBA İsfahan nüvə sahəsində dörd əsas binanın zədələndiyini bildirib
Starmer: Britaniya Yaxın Şərq bazasına əlavə döyüş təyyarələri yerləşdirəcək
21:58 14.06.2025
Starmer: Britaniya Yaxın Şərq bazasına əlavə döyüş təyyarələri yerləşdirəcək
Avtobusun qarşısına qəfil çıxan piyada öldü - Video
21:38 14.06.2025
Avtobusun qarşısına qəfil çıxan piyada öldü - Video
İsrail İranın ən böyük təbii qaz yatağına zərbə endirdi
21:26 14.06.2025
İsrail İranın ən böyük təbii qaz yatağına zərbə endirdi
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
21:16 14.06.2025
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
Gəncədə 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib
20:53 14.06.2025
Gəncədə 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib
Ərdoğan İlham Əliyevə zəng etdi
20:42 14.06.2025
Ərdoğan İlham Əliyevə zəng etdi
Şəkidə yük maşını aşdı - Ölən və yaralılar var
20:25 14.06.2025
Şəkidə yük maşını aşdı - Ölən və yaralılar var
Putin Trampla telefon danışığında İran-İsrail arasında vasitəçilik təklif edib
20:18 14.06.2025
Putin Trampla telefon danışığında İran-İsrail arasında vasitəçilik təklif edib
Ərdoğan Pezeşkianla İsrail-İran gərginliyini müzakirə edib
20:12 14.06.2025
Ərdoğan Pezeşkianla İsrail-İran gərginliyini müzakirə edib
Sabaha planlaşdırılan İran-ABŞ danışıqları baş tutmayacaq
20:09 14.06.2025
Sabaha planlaşdırılan İran-ABŞ danışıqları baş tutmayacaq
"SeaBreeze"də “CaspiMayr Retreat”in AÇILIŞI OLDU
19:57 14.06.2025
"SeaBreeze"də “CaspiMayr Retreat”in AÇILIŞI OLDU
Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın zərbələri nəticəsində yaralanıb
19:42 14.06.2025
Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın zərbələri nəticəsində yaralanıb
Laçının orta məktəblərində “Son zəng” tədbirləri keçirilib - FOTOLAR
19:39 14.06.2025
Laçının orta məktəblərində “Son zəng” tədbirləri keçirilib - FOTOLAR
Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
19:26 14.06.2025
Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq