NATO ABŞ-dan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıb

NATO ABŞ-dan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıb
DÜNYA
18:25 02.09.2025
349
NATO ölkələri avqust ayının əvvəlindən bəri ABŞ-dan Ukrayna üçün artıq 2 milyard dollar dəyərində silah alıblar.

Bunu NATO-nun baş katibi Mark Rütte Lüksemburqda keçirdiyi mətbuat konfransında bildirib.

"NATO ölkələri ABŞ-dan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıblar. Bu silahların arasında həm ölümcül, həm də qeyri-ölümcül növlər var”, — deyə o vurğulayıb.

Qeyd edək ki, avqust ayından işə salınmış sxemə əsasən, ABŞ öz silahlarını Kiyevə göndərir, həmin silahların tam ödənişini isə Avropa ölkələri həyata keçirir.
 
\apa
OXŞAR XƏBƏRLƏR