NATO Alyans üzvlərinin ərazisinin hər qarışını müdafiə edəcək

NATO Alyans üzvlərinin ərazisinin hər qarışını müdafiə edəcək
DÜNYA
19:09 10.09.2025
210
NATO-nun Baş katibi Mark Rütte bəyan edib ki, Alyans öz ərazisinin hər qarışını müdafiə etməyə hazırdır.

Bu barədə "The Guardian" məlumat yayıb.

M.Rüttenin sözlərinə görə, Rusiya PUA-larının (pilotsuz uşuş aparatları) Polşa hava məkanına müdaxiləsi hadisəsinin tam qiymətləndirilməsi hələ davam edir.

"Bu qəsdən edilib-edilməməsindən asılı olmayaraq, bu tamamilə təhlükəlidir", - Baş katib bildirib.

M.Rütte həmçinin Rusiyanı Ukraynada müharibəni dayandırmağa çağırıb.
 
\report
OXŞAR XƏBƏRLƏR