NATO Bakı və İrəvanı danışıqlara dəvət etdi

NATO Bakı və İrəvanı danışıqlara dəvət etdi
SİYASƏT
11:02 06.04.2016
860

“Dağlıq Qarabağda atəşkəsin bərpa olunması müsbətdir”.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatında qeyd olunur. Yens Stoltenberq münaqişənin bir daha gərginləşməsinə yol verməməyə çağırıb.

“Mən münaqişə tərəflərini atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinlik nümayiş etdirməyə çağırıram. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Tərəflər danışıqlar masasına dönməli və hərtərəfli nizamlanma yollarını tapmalıdırlar” - deyə məlumatda bildirilir

OXŞAR XƏBƏRLƏR