NATO-nun Baş katibi Mark Rütte BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
"Avropa Həqiqəti” bu barədə NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rütte 24-25 sentyabr tarixləri aralığında BMT-nin Baş Assambleyasının 80-ci sessiyası zamanı bir sıra dünya liderləri və yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.
Bundan əlavə, NATO-nun Baş katibi sentyabrın 24-də ABŞ dövlət katibi Mark Rubio tərəfindən təşkil olunan naharda iştirak edəcək. Növbəti gün isə "West Point” ABŞ Hərbi Akademiyasının kursantları qarşısında çıxış edəcək.
\APA