Fikrimiz Türkiyə xalqının yanındadır.
Bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
"Müttəfiqlərimiz minlərlə xilasedici göndərib ki, bu güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə kömək etsin. Həmçinin biz sığınacaqların təminatı üzərində işləyirik. Müttəfiqimiz Türkiyə ilə həmrəyik və onun yanındayıq”, - Baş katib qeyd edib.