NATO Baş katibi Türkiyənin "Taxıl Sazişi"nin bərpası ilə bağlı səylərini təqdir edib

NATO Baş katibi Türkiyənin "Taxıl Sazişi"nin bərpası ilə bağlı səylərini təqdir edib
DÜNYA
19:53 07.09.2023
274
NATO Baş katibi Yens Stoltenberq Türkiyənin "Taxıl sazişi"nin bərpası ilə bağlı səylərini təqdir edib.

Alyansın Baş katibi bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi və Müdafiə və Təhlükəsizlik Alt-Komitəsinin birgə iclasında çıxışı zamanı deyib.

Stoltenberq çıxışında Rusiyanın Qara Dəniz "Taxıl sazişi"ndən çıxmaq qərarını və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq üçün düşünülmüş cəhdlərini pisləyib.

"Biz Türkiyənin "Taxıl sazişi"ni bərpa etmək səylərini alqışlayırıq", - deyən Stoltenberq əlavə edib ki, Ukraynadan taxılın təhlükəsiz daşınmasını təmin etməyin ən yaxşı yolu Rusiyanın müharibəyə son qoymasıdır.
 
///apa
OXŞAR XƏBƏRLƏR