NATO Baş Qərargah Rəisləri Ukraynaya dəstəyin sürətləndirilməsi üçün bir araya gəldi

NATO Baş Qərargah Rəisləri Ukraynaya dəstəyin sürətləndirilməsi üçün bir araya gəldi
DÜNYA
13:38 16.05.2024
144
NATO Baş Qərargah rəisləri Ukraynaya dəstəyin sürətləndirilməsi gündəmi ilə Brüsseldəki qərargahda bir araya gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin sədrliyi ilə keçirilən iclasda 32 üzv ölkənin qərargah rəisləri və NATO-nun baş katibi Yens Stoltenberq iştirak edib.

Açılış nitqi ilə çıxış edən Bauer səlahiyyət müddəti oktyabrın 1-də başa çatan Stoltenberqin son dəfə dəyirmi masa ətrafında baş qərargah rəisləri ilə görüşdüyünü bildirib.

Bauer həmçinin martın 7-də Alyansa qatılan İsveç Baş Qərargah rəisi Micael Bydenin ilk dəfə dəyirmi masada yerini aldığını və ona NATO bayrağını təqdim etdiyini də açıqlayıb.

Bauer qeyd edib ki, onlar daha sonra Ukraynadan olan həmkarlarının onlayn iştirakı ilə meydandakı vəziyyətlə bağlı məlumat alacaqlar.

Ukraynanın dəstəklənməyə davam etməsi lazım olduğunu vurğulayan Bauer bunları deyib: "Müttəfiqlər, NATO-nun qabiliyyət hədəflərinə çatmaq və ya Ukraynanı dəstəkləmək arasında seçim qarşısında qaldıqları təqdirdə Ukraynanı dəstəkləməlidirlər. Ehtiyatlar doldurula bilər və doldurulacaq".

Gülay
OXŞAR XƏBƏRLƏR