NATO briqadasının qərargah komandası Litvaya səfər edəcək

NATO briqadasının qərargah komandası Litvaya səfər edəcək
DÜNYA
19:49 04.09.2022
287
Litvada yerləşdirilməsi planlaşdırılan NATO briqadasının qərargahının nümayəndələri Baltikyanı ölkəyə səfər edəcəklər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anusauskas LRT milli radiosunun efirində bildirib.

"Alman hərbçiləri - lazımi avadanlıqla təchiz olunmuş təxminən 100 nəfər bu gün bərə ilə Kildən Klaypedaya gəlir. Sonra onlar Ruklaya gedəcək və orada briqadanın qərargah bölməsini formalaşdırmağa başlayacaqlar", - nazir deyib.

Qərargahın Litvada yerləşdirilməsi qərarı NATO-nun iyunda keçirilən sammitində qəbul edilib.
OXŞAR XƏBƏRLƏR