Qərbi Balkan turu çərçivəsində Kosovoya səfər edən NATO-nun baş katibi Yens Stoltenberq ölkədə baş verən son hadisələrdən sonra alyansın hərbi varlığının daimi olaraq artırılmasından danışıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Kosovo prezidenti Vjosa Osmani ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, son aylarda Kosovonun şimalında baş verən zorakılıqlar qəbuledilməzdir.
"Biz indi vəziyyətin nəzarətdən çıxmaması, Kosovoda və ya daha geniş regionda yeni zorakı münaqişə yaratmamaq üçün daha daimi eskalasiyaya ehtiyacımız olub-olmadığını nəzərdən keçiririk. Hazırda biz mövcudluğumuzla bağlı tənzimləmələri nəzərdən keçiririk və artıq NATO-nun bölgədəki mövcudluğunun dərhal artırılmasını həyata keçirmişik”, - Stoltenberq bildirib.
Kosovonun NATO üzvlüyünün ilkin şərti olan Sülh Naminə Tərəfdaşlıq proqramına üzvlüyündən danışan Stoltenberq qərarın bütün NATO müttəfiqləri tərəfindən yekdilliklə qəbul edilməli olduğunu bildirib.
Ayşən