NATO-dan Ukraynaya zərbə

DÜNYA
19:00 10.06.2014
1244
Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil.ANS PRESS-in məlumatına görə, bunu Polşanın Xarici İşlər Naziri Radoslav Sikorski deyib. Onun sözlərinə görə, Ukrayna üçün Rusiya tərəfdən heç bir təhlükə yoxdur.“Biz Ukraynanın Avropa Birliyinə üzv olduğu təqdirdə Rusiya tərəfdən heç bir təhdid görmürük. Ölkənin NATO-ya üzv olması məsələsi gündəlikdə yoxdur”, - deyə nazir bildirib.Radoslav Sikorski həmçinin qeyd edib ki, Rusiya Ukraynada vəziyyətin düzəlməsini istəyirsə, rəsmi Moskva Ukrayna sərhədindən separatçıların və silah axının qarşısını almalıdır.
OXŞAR XƏBƏRLƏR