NATO ekspertlərindən ibarət bir neçə nümayəndə heyəti Azərbaycana gələcək

NATO ekspertlərindən ibarət bir neçə nümayəndə heyəti Azərbaycana gələcək
SİYASƏT
12:03 15.11.2013
962
Gələn həftə NATO-nun ayrı-ayrı strukturlarının ekspertlərindən ibarət bir neçə nümayəndə heyəti Azərbaycana gələcək.

Azərbaycan Müdafiə Nazirliyindən  verilən məlumata görə, NATO ekspertləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heyəti üçün müxtəlif mövzularda bir neçə təlim kursları təşkil olunacaq. Həmçinin hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın 25-dən 29-dək Azərbaycan Silahlı Qüvvələrində NATO günlərinin keçirilməsi də planlaşdırılır.(APA)

OXŞAR XƏBƏRLƏR