NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, lap əvvəldən məhkəmə işlərinin siyasi əsaslı olmasından qaçmaq lazımdır.
AZXEBER.COM-un “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Rasmussen prezidentMixail Saakaşviliilə birgə keçirilən mətbuat konfransı zamanı jurnalistin müvafiq sualına cavabında bildirib.Sual keçmiş yüksəkçinli şəxslərin, siyasətçilərin həbsi və hakimiyyət tərəfindən ədalətin bərpa olunması barədə olub.“Biz məhkəmə işlərinə qarışa bilmərik, ancaq onların siyasi əsaslı olmasından qaçmaq çox vacibdir”, - deyə NATO-nun baş katibi bildirib. Onun sözlərinə görə, NATO keçmiş vəzifəli şəxslərin həbslərini izləyir və bundan kifayət qədər narazıdır.