NATO Hərbi Komitəsi Ukraynaya hərbi dəstəyi müzakirə edəcək

NATO Hərbi Komitəsi Ukraynaya hərbi dəstəyi müzakirə edəcək
DÜNYA
18:58 26.04.2023
187
May ayında Brüsseldə NATO Hərbi Komitəsinin iclası keçiriləcək.

Komitənin iclasında Alyans ölkələrinin silahlı qüvvələrinin Baş Qərargah rəisləri Ukraynadakı müharibəni və Kiyevə yardımı müzakirə edəcəklər:

"NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə mayın 10-da Brüsseldə toplaşacaq. NATO Baş katibi Yens Stoltenberq Alyansın əsas prioritetlərini və çağırışlarını müzakirə etmək üçün iclasın ilk sessiyasına qatılacaq. İkinci sessiyada Baş Qərargah rəisləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, Ukraynadakı vəziyyəti, NATO müttəfiqlərinin Ukraynaya davamlı dəstəyini müzakirə edəcəklər".

İclasın üçüncü sessiyasında NATO-nun Vilnüs sammitinə hazırlıq prosesi müzakirə olunacaq.
 
///APA
OXŞAR XƏBƏRLƏR