NATO: İran nüvə silahı proqramını inkişaf etdirməyə davam edir

NATO: İran nüvə silahı proqramını inkişaf etdirməyə davam edir
DÜNYA
18:06 16.06.2023
253
Rusiya Ukraynaya qarşı apardığı müharibənin bir hissəsi kimi məsuliyyətsiz nüvə ritorikasından da istifadə edir.

Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Baş katib qeyd edib ki, Rusiya yeni START müqaviləsinin həyata keçirilməsində iştirakını dayandırıb və Belarusa nüvə silahlarını yerləşdirmək niyyətini elan edib:

"İran və Şimali Koreya nüvə silahı proqramını inkişaf etdirməyə davam edir. Mən Şimali Koreyanın dünənki raket testini də pisləyirəm. Bu, BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulmasıdır.

Eyni zamanda, Çin nüvə imkanlarını genişləndirmə siyasəti yürüdür. Bütün bu çağırışlar NATO üçün böyük narahatlıq yaradır. Biz NATO olaraq nüvə çəkindirmə siyasətimizi dəyişən təhlükəsizlik mühitinə uyğunlaşdırırıq”.
 
///APA 
OXŞAR XƏBƏRLƏR