NATO-nun baş katibi İlham Əliyevi təbrik etdi

SİYASƏT
17:40 21.10.2013
1038

NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.

NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam. Əminəm ki, biz “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcək”.

OXŞAR XƏBƏRLƏR