"İrəvan NATO və təşkilatın ayrı-ayrı ölkələri ilə mövcud siyasi dialoqun inkişafına sadiqdir".
AZXEBER.COM xəbər verir ki, bu fikirləri NATO-nun Baş Katibi Yens Stoltenberqlə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, ölkəsi NATO-dan Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün güclü dəstək gözləyir:
"Ermənistan Silahlı Qüvvələrində islahatlar prosesi heç bir ölkəyə qarşı yönəlməyib və yalnız Ermənistanın ordusunun gücləndirilməsinə və ərazi bütövlüyünün qorunmasına yönəlib. Ermənistan sülhməramlı kontingenti Kosovodakı missiyasını davam etdirir və 2023-cü ildə oradakı müəyyən gərginliyə görə əlavə olaraq 17 hərbi qulluqçu göndərmək qərarına gəlib.
Stoltenberq isə çıxışında Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmağın mümkünlüyü vurğulayıb:
"Bu gün Ermənistan və Azərbaycanın uzun illər davam edən münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı var. NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir".
Baş katib bütün ölkələri Putinin işğalçılığına qarşı birgə mübarizəyə çağırıb:
"Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün ölkələri Putinin işğalçılıq müharibəsində qalib gəlməsinin qarşısını almaq üçün əllərindən gələni etməyə çağırıram. Putin Ukraynada uğur qazansa, onun aqressiyasının bununla da dayanmayacağı real risk var. Digər avtoritar aktyorlar da bundan ilhamlanacaqlar".
Mikayıl