NATO-nun baş katibi Rusiyanı günahlandırdı

DÜNYA
09:30 30.01.2014
857
Anders Foq Rasmussen Rusiyanı Ukraynaya təzyiq etməkdə günahlandırıb. 
AZXEBER.COM-un "The Voice of Russia"-a istinadən məlumatına görə, NATO-nun baş katibi Anders Foq Rasmussen Moskvanı Kiyevə təzyiq etməsi nəticəsində Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaqdan geri çəkilməsinə görə günahlandırıb. O, Fransanın "Fiqaro" qəzetinə açıqlamasında, "Ukrayna və Avropa İttifaqı arasında tərəfdarlıq sazişi Avropa-Atlantika təhlükəsizliyinə böyük ölçüdə təsir edəcəkdi. 
“Assosiasiya sazişinin imzalanmadığı üçün təəssüf hissi keçirirəm. Səbəbi isə məlumdur. Bu, Rusiyanın Kiyevə etdiyi təzyiqdir", - deyə NATO rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR