NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya növbəti dəfə xəbərdarlıq edib.
O, Rusiyanı geri çəkilməyə çağırıb.
"NATO "Soyuq müharibə"dən bəri Rusiyanın Belarusda ən böyük hərbi kontingentinin olduğunu müşahidə edir. Hazırda 30 min əsgər, xüsusi təyinatlı qüvvələr, S-35 təyyarələri, "İsgəndər" raketi və S-400 Belarusa yerləşdirilib. Son günlərdə Belarusa gedən əsgərlərin sayında ciddi artım var. Biz Rusiyanı gərginliyi azaltmağa çağırırıq”, - Y.Stoltenberq deyib.